ABŞ “Epşteyn işi” ilə bağlı 300 nüfuzlu şəxsin ​​siyahısını dərc etdi


ABŞ-nin baş prokuroru Pam Bondi amerikalı maliyyəçi Ceffri Epşteynin sənədlərində adı çəkilən 300-dən çox tanınmış şəxsin adının siyahısını dərc edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fox News” onun Konqres üzvlərinə ünvanladığı məktuba istinadla məlumat yayıb.
Onun sözlərinə görə, məktubda ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi ilə bağlı açıqladığı sənədlərdə adları ən azı bir dəfə çəkilən bütün keçmiş və hazırkı vəzifəli şəxslərin və ya siyasi xadimlərin adları çəkilir.
Siyahıda, xüsusən, keçmiş prezidentlər Bill Klinton, Barak Obama, Co Bayden, keçmiş vitse-prezident Kamala Harris, keçmiş dövlət katibi Hillari Klinton, Britaniya şahzadəsi Harri, multimilyarderlər Bill Qeyts və Mark Zukerberq yer alır.
Onların arasında həmçinin, musiqiçilər Bono, Beyons, Kurt Kobeyn, Brüs Sprinqstin, amerikalı televiziya aparıcısı və iş adamı Kim Kardaşyan, eləcə də rejissor Vudi Allen və digər məşhurlar var.
Baş Prokurorun məktubuna görə, Ədliyyə Nazirliyi sərəncamında olan bütün qeydləri, sənədləri, məlumatları və istintaq materiallarını dərc edib. O, həmçinin bu materialların insan alveri də daxil olmaqla doqquz kateqoriyaya aid olduğunu bildirib.
Qeyd edək ki, Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
Epşteynin dost və tanışları arasında təkcə ABŞ-dən deyil, həm də bir çox digər ölkələrdən (keçmiş dövlət başçıları da daxil olmaqla) çoxsaylı hazırkı və təqaüdə çıxmış vəzifəli şəxslər, tanınmış biznes liderləri və şou-biznes ulduzları var. Maliyyəçinin ABŞ-də cinayət təqibi onun 2019-cu ilin avqust ayında həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top