
Amerikalı tədqiqatçılar müntəzəm oxumaq, yazmaq və xarici dilləri öyrənməyin demensiya riskini təxminən 40% azalda biləcəyi qənaətinə gəliblər.
Yeniavaz.com xəbər verir ki, tədqiqatın nəticələri “Neurology” jurnalında dərc olunub.
Bildirilir ki, həyat boyu zehni fəaliyyət demensiyanın ən çox yayılmış forması olan Alzheimer xəstəliyinin inkişafını gecikdirə və ya hətta qarşısını ala bilər.
Qeyd edək ki, bu gün demans qlobal sağlamlıq üçün ən böyük təhdidlərdən biri hesab olunur.
Proqnozlara görə, 2050-ci ilə qədər bu diaqnozu olan insanların sayı 150 milyonu keçə bilər. Buna görə də, idrak geriləməsini ləngidən amillərin axtarışı böyük əhəmiyyət kəsb edir.
Tətbiqimizi yükləyə bilərsiniz