UEFA 2025-ci ildə rekord gəlir əldə etdi


Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2025-ci ilin maliyyə nəticələrinə əsasən kişilərin klub yarışlarından rekord gəlir əldə etdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, ittifaqın bütün yarışlardan əldə etdiyi ümumi gəlir 5 milyard avronu keçib ki, bu da əvvəlki mövsümdən 737 milyon avro çoxdur.
“Kişilərin klub yarışlarından əldə edilən ümumi gəlir 2023/2024-cü il göstəriciləri ilə müqayisədə 690 milyon avro artaraq, 4,4 milyard avroya çatıb. Bu artım yenidən investisiya qoyuluşunun artmasına səbəb olub və klublara maliyyə ödənişləri əvvəlki mövsümlə müqayisədə 400 milyon avro çox - 3,4 milyard avroya çatıb”, - məlumatda qeyd edilb.
UEFA həmçinin rəsmi saytında bildirib ki, ümumi yarış gəlirlərinin 10%-i “həmrəylik ödənişlərinə” ayrılıb. Bu məbləğin 308 milyon avrosu Avropa yarışlarında iştirak etməyən klublara ayrılıb ki, bu da əvvəlki ilə nisbətən 76% artım deməkdir. 25 milyon avro isə UEFA Gənclər Liqası və qadın klub yarışları üçün sərf olunub. Qalan məbləğ isə seçmə mərhələlərdə mübarizəni dayandıran klublara verilib.

DİGƏR XƏBƏRLƏR

Top