“Neftçi” - “Qarabağ” oyunu təxirə salındı


Misli Premyer Liqasının XXI turunda üz-üzə gələcək “Neftçi” və “Qarabağ” komandalarının fevralın 21-nə nəzərdə tutulan oyunu təxirə salınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, “Qarabağ”ın rəsmi müraciəti və “Neftçi” klubunun razılıqla bağlı rəsmi cavabı əsasında qarşılaşma başqa tarixdə keçiriləcək.
Görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı məlumat hələlik yoxdur.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-offunda “Nyukasl”la (İngiltərə) matça yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edib. “Qarabağ” və “Nyukasl” komandaları arasında ilk matç fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top