
“Nottinqem Forest” klubu baş məşqçi Şon Dayçı istefaya göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə komandanın rəsmi saytında bəyanat yayılıb.
“Nottinqem Forest” Futbol Klubu rəsmi olaraq Şon Dayçın baş məşqçi vəzifəsindən azad edildiyini təsdiqləyir. Şona və onun heyətinə klubdakı işlərinə görə təşəkkür edir və onlara gələcəkdə uğurlar arzulayırıq. Hazırda əlavə şərh verilməyəcək”, - deyə komandanın bəyanatında bildirilib.
Bununla da, “Nottinqem Forest” artıq bu mövsüm üçüncü baş məşqçisini istefaya göndərib.
Klub daha əvvəl Nuno Espirito Santo və Anqelos Postecoqlu ilə yollarını ayırmışdı.
Qeyd edək ki, komanda hazırda Premyer Liqanın turnir cədvəlində 17-ci yerdədir.
Tətbiqimizi yükləyə bilərsiniz