NATO Arktikaya on minlərlə hərbçi göndərəcək


Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Arktikada “Arktika keşikçisi” (“Arctic Sentry”) missiyası çərçivəsində keçiriləcək təlimlərdə iştirak etmək üçün on minlərlə hərbçi yerləşdirəcək.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.
Onun sözlərinə görə, NATO ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı əldə etmək istəyi ilə bağlı ittifaq daxilində ciddi gərginliyi azaltmaq üçün razılaşmanın bir hissəsi olaraq Arktikada hərbi mövcudluğunu genişləndirmək üçün “Arctic Sentry” missiyasına başlayıb.
Missiyanın NATO-nun regiondakı hərbi mövcudluğunu əlaqələndirməsi, həmçinin, Danimarkanın “Arctic Endurance” (“Arktika Dözümlülüyü”) və Norveçin “Cold Response” (“Soyuq cavab”) təlimlərinə bənzər hərbi təlimlər keçirməsi gözlənilir.
Rutte həmçinin qeyd edib ki, təşəbbüsün əsas məqsədi Rusiya və Çinin Qrenlandiyaya və onun iqtisadi resurslarına çıxış əldə etməsinin qarşısını almaqdır.

DİGƏR XƏBƏRLƏR

Top