Konseysao “Marsel”ə rəhbərlik edə bilər


Hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna rəhbərlik edən portuqaliyalı məşqçi Serxio Konseysao karyerasını ”Marsel”də davam etdirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Foot Mercato” portalı məlumat yayıb.
Məlumata görə, Provans klubunun rəhbərliyi eyni vəzifəyə əsas namizəd kimi “Renn” klubunun baş məşqçisi Həbib Beyeni görür. Lakin klub rəhbərliyi Konseysao ilə də ciddi maraqlanır.
Portalın məlumatına görə, klub hələlik portuqaliyalı məşqçi ilə mümkün tərəfdaşlıq barədə əlaqə saxlamayıb.
Qeyd edək ki, Konseysao məşqçilik karyerası ərzində “Porto”, “Milan”, “Nant” kimi klublara da rəhbərlik edib. O, məşqçilik karyerası ərzində üç Portuqaliya çempionluğu, dörd Portuqaliya Kuboku və üç Super Kubok qazanıb. Konseysao həmçinin Portuqaliya Liqa Kubokunu və İtaliya Super Kubokunu qazanıb.
Xatırladaq ki, Fransanın “Marsel” klubu italiyalı məşqçi Roberto De Zerbini istefaya göndərib. Klub rəhbərliyi bu barədə “Marsel”in Fransa “Liqa 1”nin 21-ci turunda PSJ-yə 5:0 hesablı məğlubiyyətindən sonra qərar verib.

DİGƏR XƏBƏRLƏR

Top