
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna nümayəndə heyətinin Rusiya və Belarus istisna olmaqla, istənilən ölkədə danışıqlar aparmağa hazır olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə ukraynalı jurnalistlərlə söhbətində bildirib.
“Biz Amerika Birləşmiş Ştatlarının Amerikanın, Avropanın istənilən ərazisində, istənilən neytral ölkədə, istənilən neytral dövlətdə görüşmək təkliflərini dəstəkləməyə hazırıq - Rusiya və Belarusdan başqa. Bizim üçün görüşün Mayamidə və ya Əbu-Dabidə olmasının fərqi yoxdur. Əsas məsələ nəticə əldə etməkdir”, - Zelenski qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz