
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda dünyanın ən hündür zəfər tağını tikməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı layihə ilə tanış olan mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, tağ təxminən 50 metr hündürlüyündə və enində olacaq. Həmçinin, 7,5 metrlik postamentin üzərində Azadlıq Heykəlinin nəhəng 18 metrlik qızıl suyuna çəkilmiş tunc heykəli ucalaq. Beləliklə, abidənin ümumi hündürlüyü 75 metrdən çox olacaq. Bununla da, abidə ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun 169 metrlik abidəsindən sonra Amerika paytaxtında ikinci ən hündür abidə olacaq.
Üstəlik, əgər layihə həyata keçərsə, Trampın zəfət tağının hündürlüyü hazırda dünyanın ən hündür zəfər tağı hesab edilən Mexiko şəhərindəki İnqilab Abidəsini də (67 metr) keçəcək.
Ağ Evin rəsmi nümayəndəsi Devis İnql telekanala bildirib ki, zəfər tağının dizaynı hazırda tamamlanmaq üzrədir və daha sonra Milli Metropol Planlaşdırma Komissiyası, həmçinin, Milli Təsviri İncəsənət Komissiyası tərəfindən nəzərdən keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz