“Azərbaycan ərazisi ilə Ermənistana taxıl daşınması müntəzəm hal alıb”


“Azərbaycan ərazisi ilə Ermənistana taxıl daşınması müntəzəm hal alıb”.  
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları”nın sədrinin birinci müavini Sergey Pavlov bildirib.
Pavlov qeyd edib ki, Azərbaycan ərazisindən Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra uzun illərdən sonra ilk taxıl qatarı 2025-ci ilin noyabr ayında Rusiyadan Ermənistana yola düşüb.
“Biz bu marşrut üzrə daşınmaları daha da inkişaf etdirməyi planlaşdırırıq”, - o, əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən il oktyabrın 21-də Qazaxıstanda səfərdə olarkən Azərbaycanın Ermənistana yük daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan edib. Həmin il noyabrın 5-də isə Rusiya taxılı işğaldan bəri ilk dəfə Azərbaycan ərazisindən daşınaraq, Ermənistana çatdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top