“Qrenlandiya militarizasiya olunarsa, əks tədbirlər görəcəyik” − Lavrov


“Əlbəttə ki, Qrenlandiya militarizasiya olunarsa və orada Rusiyaya yönəlmiş hərbi imkanlar yaradılarsa, biz hərbi-texniki tədbirlər də daxil olmaqla müvafiq əks tədbirlər görəcəyik”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında hökumət saatı zamanı deyib.
Nazir eyni zamanda bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Qrenlandiya məsələsinin hazırda Rusiyanı “birbaşa narahat etmədiyini” düşünür:
“ABŞ, Danimarka və Qrenlandiya bunu özləri həll etməlidirlər - əlbəttə ki, rəsmi Kopenhagenin illər və onilliklər ərzində ikinci dərəcəli vətəndaşlar kimi olduqca sərt davrandığı ən böyük ada sakinlərinin fikirlərini nəzərə alaraq. Bu məsələ ilə bağlı kifayət qədər faktlar var. Lakin bizim prinsipial mövqeyimiz budur ki, Arktika sülh və əməkdaşlıq zonası olaraq qalmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top