Rusiya Xarkova dronlarla hücum etdi – Üç uşaq öldü


Rusiya ordusu ötən gecə Ukraynanın Xarkov vilayətinə dronlarla hücum edib.
Yeniavaz.com
Ukrayna mətbuatına istinadla xəbər verir ki, hücumlar nəticəsində Bohoduxov şəhərində üçü uşaq olmaqla dörd nəfər həlak olub.
Bildirilir ki, 35 yaşlı hamilə qadın da daxil olmaqla iki nəfər yaralanıb.
Qeyd edək ki, 2025-ci ilin sonunda Ukrayna Baş Prokurorluğu Rusiya ordusunun genişmiqyaslı işğala başlamasından bəri 700-ə qədər uşağın öldüyünü açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top