Ketrin O'Haranın ölüm səbəbi bilindi


“Evdə tək” filmində Makoley Kalkinin anasını canlandıran aktrisa Ketrin O'Haranın ölüm səbəbi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” agentliyi ölüm şəhadətnaməsinə istinadla məlumat yayıb.
Los-Anceles dairəsindən verilən sənədə görə, 71 yaşlı aktrisanın ölümünün səbəbi ağciyər emboliyası olub.
Sənəddə əsas xəstəlik kimi yoğun bağırsaq xərçəngi göstərilir. Sənəddə həmçinin aktrisanın kremasiya edildiyi bildirilir.
Sənədi imzalayan onkoloq aktrisanı ötən ilin mart ayından müalicə edib və sonuncu dəfə onu yanvarın 27-də görüb.
Ketrin O'Hara yanvarın 30-da Kaliforniyanın Santa Monika şəhərindəki xəstəxanada vəfat edib.
Aktrisanın ölümü geniş ictimaiyyət üçün sürpriz olub. Belə ki, O'Haranın nümayəndələri əvvəlcə onun qısa sürən xəstəlikdən sonra vəfat etdiyini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top