
“Santos”un 34 yaşlı hücumçusu Neymar 2026-cı il Dünya Çempionatı üçün Brazilya millisinə çağırılmadığı təqdirdə bu il karyerasını bitirə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.
Nəşrin “X” sosial media səhifəsində yer alan məlumata görə, braziliyalı oyunçunun futbolda yeganə motivasiyası Dünya Çempionatında iştirak etmək və qalib gəlməkdir.
Mənbənin məlumatına görə, Neymar diz zədəsini sağaltmaq və Dünya Çempionatına vəsiqə qazanmaq üçün əlindən gələni edir.
Qeyd edək ki, dekabrın sonlarında hücumçu medial menisküsün yırtılmasından sonra artroskopik əməliyyat keçirib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin sonuna qədərdir.
Xatırladaq ki, 34 yaşlı Neymar Braziliya millisinin heyətində 128 oyun keçirib və 79 qol vurub. Bu, milli komandanın tarixində ən yaxşı nəticədir. Lakin Neymar 2023-cü il oktyabrın 18-dən bəri milli komandanın heyətində çıxış etməyib.
“Transfermarkt” portalının məlumatına görə, onun transfer qiyməti 10 milyon avrodur.
Tətbiqimizi yükləyə bilərsiniz