İranda etirazlara görə həbs edilənlər əfv edilməyəcəklər


İranda son etiraz aksiyalarında saxlanılan şəxslər 12 fevralda əfv siyahısına daxil edilməyəcək.
Yeniavaz.com
“İran İnternational” portalına istinadla xəbər verir ki, bu barədə İran məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsəni Ejei bildirib.
“Təhlükəsizlik məsələləri ilə əlaqədar həbs edilən bütün məhkumların adlarının əfv siyahısından çıxarılmasını əmr etdim. Həmçinin, son etirazların müttəhimləri və məhkumları da 12 fevral əfv siyahısına daxil edilməyəcək”, - İranın ədliyyə rəsmisi qeyd edib.
Ejei həmçinin qeyd edib ki, etirazlar zamanı həbs olunanlardan yalnız dördü ilə əlaqədar İranın Ali Dini Rəhbərinə əfv təklifi təqdim edilib və o, məqsədəuyğunluğu nəzərə alaraq bu təklifi qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top