
“SpaceX” şirkəti qarşıdakı onilliklərdə Ay və Marsda şəhərlər tikməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask “X” sosial media platformasında yazıb.
Onun sözlərinə görə, şirkətin mütəxəssisləri artıq Ayda oxşar layihənin həyata keçirilməsi üçün hazırlıqlara başlayıblar və nəticələr 10 ildən az müddətdə əldə edilə bilər.
“SpaceX” həmçinin, Marsda da bir şəhər tikməyi planlaşdırır və təxminən beş-yeddi il ərzində buna başlayacaq”, - Mask qeyd edib.
Sahibkar bildirib ki, Marsa uçuşlar yalnız Günəş sisteminin planetlərinin düzgün düzüldüyü dövrlərdə - hər 26 aydan bir mümkün olacaq. Daha sonra səyahət altı ay çəkəcək.
Öz növbəsində, Aya raketlər hər 10 gündən bir buraxıla bilər və uçuş müddəti iki gün ola bilər. “SpaceX”in qurucusu qeyd ediib ki, məhz buna görə orada şəhər tikmək Marsdakından xeyli sürətli olacaq. O, sonuncunun 20 ildən çox vaxt aparacağını təxmin edir.
Qeyd edək ki, İlon Mask daha əvvəl Aya genişmiqyaslı qayıdışın vaxtının çatdığını bildirmişdi. O, ilk təyyarə uçuşu ilə Aya eniş arasında 66 il keçdiyini qeyd etmişdi.
Xatırladaq ki, Mask əvvəllər “SpaceX”in məqsədinin yadplanetlilərlə görüşmək olduğunu bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz