
Çinli alimlər bir dəqiqə ərzində 20 giqavat gücündə enerji verə bilən dünyanın ilk mikrodalğalı silahını hazırlayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Məlumata görə, bu yerüstü sistem “Starlink” peykləri də daxil olmaqla, Yer kürəsinin aşağı orbitindəki peykləri zədələyə və ya sıradan çıxara bilər.
Nəşrin məlumatına görə, “TPG1000Cs” adlanan bu cihaz Şensi əyalətinin Sian şəhərindəki Şimal-Qərb Nüvə Elmləri və Texnologiyaları İnstitutunda hazırlanıb.
Silahın uzunluğu 4 metr, çəkisi isə 5 tondur. Bu isə onu yük maşınlarına, hərbi gəmilərə, təyyarələrə və hətta peyklərə quraşdırmaq üçün əlverişli edir.
Nəşr qeyd edir ki, “TPG1000Cs”lər tək bir seansda 3000-ə qədər yüksək enerjili impuls yarada bilir ki, bu da hazırda mövcud olan oxşar sistemlərdən xeyli üstündür.
Qəzetin yazdığına görə, əgər Çin “TPG1000Cs”i kosmosa yerləşdirsə, onun gizli hücumlarını aşkarlamaq çətinləşəcək, həmçinin, bu hücumlar daha ölümcül olacaq”.
Tətbiqimizi yükləyə bilərsiniz