
Türkiyənin paytaxtı Ankaranın ən böyük rayonu olan Keçiörenin bələdiyyə sədri Mesut Özarslanın Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verəcəyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist İsmail Saymaz məlumat yayıb.
O bildirib ki, yaxın günlərdə Özarslan bələdiyyə məclisindəki bir neçə nəfərlə birlikdə CHP-dən istefa verərək hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qoşulacaq.
Qeyd edək ki daha əvvəl də bir neçə bələdiyyə sədri və deputat CHP-dən istefa verərək AKP-yə keçib.
Tətbiqimizi yükləyə bilərsiniz