
Paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində mağazada yanğın olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 15kv.m. olan şirniyyat mağazasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mağazanın içərisində quraşdırılmış bir ədəd kondisioner və 2p.m. mətbəx mebeli yanıb.
Mağazanın böyük hissəsi yanğından mühafizə olunub”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz