
Xırdalan-Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sənədlərin yoxlanılması zamanı avtomobili idarə edən Elşən Məmmədovun sürücülük hüququnun olmaması aşkarlanıb
“Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan E.Məmmədov məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz