
NASA astronavtlara smartfonlarından kosmosda istifadə etməyə icazə verib.
Yeniavaz.com “TechCrunch” portalına istinadla xəbər verir ki, bununla da, NASA onların missiyalar zamanı foto və video çəkmək imkanlarını genişləndirib.
Portalın məlumatına görə, bunun ekipajlara Ayın şəkilləri də daxil olmaqla, daha çox şəkil və ya video çəkməyə imkan verəcəyi gözlənilir.
İlk dəfə olaraq, Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedən “Crew-12” missiyasının heyəti tərəfindən smartfonlardan istifadəyə icazə veriləcək.
Cihazlar həmçinin, mart ayında 1960-cı illərdən bəri ilk dəfə Aya insanlı uçuşu həyata keçirməsi planlaşdırılan “Artemis II” missiyasının üzvləri üçün də əlçatan olacaq.
Portal ümid edir ki, bu, missiyanı tarixdə ən “sənədləşdirilmiş” missiyalardan birinə çevirəcək.
Qeyd edək ki, əvvəllər kosmik fotoqrafiya üçün “Nikon DSLR” və “GoPro” kameralarından istifadə olunurdu. Lakin smartfonlardan artıq “SpaceX” kosmik gəmisi ilə orbitə uçan kosmik turistlər də istifadə edirlər.
Tətbiqimizi yükləyə bilərsiniz