
General-mayor Faiq Məmmədovun DSX Aparatının əsas idarəetmə strukturu olan Mərkəzi Aparata yeni rəhbəri təyin edildiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, bununla bağlı müvafiq Əmr imzalanıb.
Qeyd edək ki, Faiq Məmmədov daha əvvəl DSX-də Baş idarə rəisi vəzifəsində işləyib. O həmçinin qısa müddətə DSX Akademiyasının rəis əvəzi olub.
General 2024-cü ildə ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Tətbiqimizi yükləyə bilərsiniz