
Norveç millisinin hücumçusu Yorgen Strann Larsen “Vulverhempton”dan “Kristal Pelas”a keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, 25 yaşlı futbolçunun London klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.
Larsen yeni komandasında 22 nömrəli formanı geyinəcək.
“Kristal Pelas” Larseni 43 milyon funt sterlinq üstəgəl 5 milyon funt sterlinq bonus müqabilində transfer edib.
Bu transferin “Kristal Pelas” üçün rekord olduğu bildirilir.
Qeyd edək ki, Larsen bu mövsüm 26 matçda çıxış edib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Kristal Pelas” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 29 xalla 15-ci yerdədir.
Tətbiqimizi yükləyə bilərsiniz