
Son günlərdə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları Azərbaycan vətəndaşları da daxil olmaqla, 57 xarici vətəndaşı deportasiya ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Əlcəzair, Banqladeş, Yunanıstan, Misir, İordaniya, İsrail, Hindistan, İran, Yəmən, Çin, Kuba, Mərakeş, Nepal, Nigeriya, Rusiya, Suriya, Azərbaycan, Türkiyə, Tailand, Türkmənistan və Özbəkistan vətəndaşları Gürcüstandan çıxarılıb.
Qanunvericiliyə uyğun olaraq bu şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.
DİN-in məlumatına əsasən, bu ilin yanvar ayında Gürcüstandan çıxarılan xarici vətəndaşların sayı 232 nəfər olub.
Digər tərəfdən, 2025-ci ildə Gürcüstan hakimiyyəti 1300-dən çox qanunsuz miqrantı ölkədən çıxarıb ki, bu da əvvəlki altı ilin ümumi sayından çoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz