“Zelenski Putinlə danışıqlar aparmaq istəyirsə, Moskvaya gəlməlidir”


Rusiya hələ də o mövqedədir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq istəyirsə, Moskvaya gəlməlidir.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə danışıb.
“Zelenski təmaslar təklif edir. Putin bildirib ki, belə təmaslar Moskvada mümkündür. Bu, bizim mövqeyimiz olaraq qalır”, - deyə o, Kremlin neytral ərazidə görüşü nəzərdən keçirib-keçirməyəcəyi ilə bağlı suala cavab olaraq bildirib.

DİGƏR XƏBƏRLƏR

Top