
“Sadə bir təsadüf” filminin ssenarisinə görə “Oskar” mükafatına namizəd göstərilən ssenarist Mehdi Mahmudian İranda hökumətin etirazçılara qarşı təzyiqlərinə qarşı çıxış etdiyinə görə həbs edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, o, hökumətin etirazçılara qarşı amansız təzyiqlərini pisləyən bəyanatı imzaladıqdan sonra bu həftə sonu həbs edilib.
ABŞ-də yerləşən “Human Rights Activists” xəbər agentliyinin məlumatına görə, həftə sonu Mahmudianla yanaşı bəyanatı imzalayan bir neçə şəxs də saxlanılıb.
Bəyanatda tanınmış vəkillərin, sənətçilərin və fəalların imzaları da daxil olmaqla 17 imza var.
Mahmudianın və digər imza atanların harada olduğu barədə dəqiq məlumat verilməyib.
Onlara qarşı qaldırılan işlərin təfərrüatları da məlum deyil.
Qeyd edək ki, bundan əvvəl İranın “Sadə bir təsadüf” filmi Kann kinofestivalında baş mükafatı qazanmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz