
Türkiyədə avtobus qəzaya uğrayıb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Tekirdağdan Antalyaya gedən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Bildirilir ki, qəza nəticəsində 8 nəfər ölüb, 26 nəfər yaralanıb.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Tətbiqimizi yükləyə bilərsiniz