Venesuela siyasi məhbuslar üçün əfv elan edəcək


Venesuela siyasi məhbuslar üçün ümumi əfv elan edəcək.
Yeniavaz.com
“Venezolana de Television” telekanalına istinadla xəbər verir ki, bu barədə Prezidentin səlahiyyətərini icra edən Delsi Rodriqes bildirib.
O, parlamentin Məhkəmə İslahatı və Demokratik Birgəyaşayış və Sülh Proqramı Komissiyasına yaxın gələcəkdə Milli Assambleyaya (parlamentə) ümumi əfv qanunu hazırlamağı və təqdim etməyi tapşırıb.
Rodriqes qanunvericiləri qanunun siyasi qarşıdurma, zorakılıq və ekstremizmin vurduğu yaraları sağaltmasına və ölkədə ədaləti bərpa etməsinə kömək etməsi üçün tam əməkdaşlıq etməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top