“Mançester Siti”nin oyunçusunun evi qarət edildi – “Qalatasaray”la oyunda idi


İngiltərənin “Mançester Siti” klubunun portuqaliyalı müdafiəçisi Ruben Diasın evi Çempionlar Liqasında Türkiyənin “Qalatasaray” klubuna qarşı oyunu zamanı qarət edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Məlumata görə, soyğun zamanı evdə heç kim olmayıb. Oğrular evdən bir neçə əşyanı oğurlayıblar.
Polis artıq araşdırmalara başlayıb.
Qeyd edək ki, “Mançester Siti”nin “Qalatasaray”la öz meydanında keçirdiyi oyun yanvarın 28-də baş tutub. Oyun “Mançester Siti”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Dias yanvarın əvvəlində aldığı zədə ilə əlaqədar oyunu buraxıb.
Xatırladaq ki, 28 yaşlı Dias 2020-ci ilin payızından bəri “Mançester Siti”də oynayır. O, komandada 247 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. O, klubla dörd İngiltərə Premyer Liqası titulunu, eləcə də bir İngiltərə Kubokunu, bir Super Kubokunu, bir Çempionlar Liqasını, bir UEFA Super Kubokunu və bir FIFA Klublararası Dünya Kubokunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top