Tramp Pentaqondan İrana qarşı mümkün hərbi əməliyyatların siyahısını aldı − KİV


ABŞ Prezidenti Donald Tramp Pentaqondan İrana qarşı mümkün hərbi əməliyyatların siyahısını, o cümlədən nüvə obyektlərinə zərbələrin siyahısını alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Ağ Ev lideri diplomatik həll yoluna açıqdır və hərbi təhdidlər əsasən Tehranı danışıqlara sövq etmək məqsədi daşıyır:
“Trampın İranla bağlı müxtəlif variantları var. Prezident ümid edir ki, heç bir tədbir görülməyəcək, lakin İran rejimi çox gec olmamışdan əvvəl razılığa gəlməlidir”.
Xatırladaq ki, 2025-ci ilin iyun ayında ABŞ İrandakı üç nüvə obyektinə zərbə endirib. ABŞ müdafiə naziri Pit Heqset qeyd edib ki, ölkə 75 dəqiq idarə olunan sursatdan istifadə edərək İranın nüvə proqramını tamamilə məhv edib. İran hakimiyyəti nüvə obyektlərinin məhv edilməsini təkzib edib.

DİGƏR XƏBƏRLƏR

Top