
İran Avropa İttifaqı (Aİ) ölkələrinin silahlı qüvvələrini İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı siyasi hərəkətlərinə cavab olaraq terror təşkilatlarının siyahısına daxil edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” sosial şəbəkə hesabında bildirib.
O, siyahıya İslam Məşvərət Məclisinin qətnaməsinə əsasən, İnqilabı Keşikçiləri Korpusuna qarşı Avropa Birliyinin son qətnaməsində iştirak edən ölkələrin ordularının daxil olacağını qeyd edib.
“Buna görə də, nəticələr bu cür hərəkətə yol verən Avropa ölkələrinin üzərinə düşür”, - Laricani əlavə edib.
Qeyd edək ki, yanvarın 29-da Avropa İttifaqı xarici işlər nazirləri İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil ediblər. Aİ həmçinin 15 İran məmuruna qarşı sanksiyaların tətbiq edildiyini və İrana ikili təyinatlı məhsulların, o cümlədən raket və pilotsuz uçuş aparatlarının istehsalı üçün komponentlərin tədarükünə ixrac məhdudiyyətlərinin genişləndirildiyini elan edib.
Tətbiqimizi yükləyə bilərsiniz