Qızılın qiyməti 5000 dollardan aşağı düşdü


Qızıl fyuçerslərinin qiyməti 26 yanvardan bəri ilk dəfə 1 troya unsiyası üçün 5000 dollardan aşağı düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Comex” birjası məlumat yayıb.
Bakı vaxtı ilə saat 13:45-ə olan məlumata görə, qızıl fyuçersləri 7,09% azalaraq 1 troya unsiyası üçün 4975 dollar olub.
Bakı vaxtı ilə saat 14:10-a olan məlumata görə, qızılın qiyməti artımını sürətləndirərək, bir troya unsiyası üçün 5051,3 dollar (-5,67%) təşkil edib.
Gümüş fyuçerslərinin qiyməti isə 23 yanvardan bəri ilk dəfə 1 troya unsiyası üçün 100 dollardan aşağı düşüb.
Bakı vaxtı ilə saat 13:45-ə olan məlumata görə, gümüş fyuçersləri isə 16,87% azalaraq 1 troya unsiyası üçün 95,12 dollar olub.
Bakı vaxtı ilə saat 14:10-a olan məlumata görə, gümüşün qiyməti artımını sürətləndirərək, bir troya unsiyası üçün 98,37 dollar (14,03%) təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top