“Yuventus” 16 yaşlı türkiyəlini transfer etdi


“Yuventus” “Ayaks”ın gənclər akademiyasında çıxış edən 16 yaşlı Esad Denizin transferi ilə bağlı tam razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, bütün detallar dəqiqləşdirilib və müqavilə bağlanmış hesab olunur.
Gənc futbolçu ilə müqavilənin 2028-cı ilin yayına qədər qüvvdə olması nəzərdə tutulur.
Futbolçu müavilə imzalamaq üçün İtaliyaya yola düşüb. Onun müqavilə imzalanmazdan əvvəl tibbi müayinədən keçməsi gözlənilir.
Transfer prosesi başa çatdıqdan sonra gənc futbolçu "Yuventus"un ikinci komandası olan “Yuventus Nekst Gen”də çıxış edəcək.
Qeyd edək ki, bundan əvvəl “Yuventus” Kenan Yıldız və Teoman Gündüzü də transfer etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top