
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Bakıda restoran açmağı planlaşdırdıqlarını deyib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə gənclərlə söhbəti zamanı danışıb.
Gənclərdən birinin “Necə pul qazanırsınız?” sualına Bilal Ərdoğan belə cavab verib:
“2007-ci ildə ilk dəfə ticarətlə məşğul olmağa başladım. Amerikada Türkiyədən tanıdığım dostlarım köşklərdə əşyalar satırdılar. Onlar Türkiyəyə qayıtmaq və burada bizneslərini davam etdirmək istədiklərini dedilər. Mən də onlara şərik olmağı təklif etdim. Onların Türkiyədə başladığı ilk biznes kosmetika sahəsində idi. Daha sonra, 2009-cu ilin əvvəlində eyni ortaqlarla restoran biznesinə girdim. O vaxtdan bəri qida biznesi ilə məşğul oluram. Şəriyi olduğum restoranlar var. Təxminən il yarım əvvəl Dubayda bir restoran açdıq. Həmçinin Bakıda da bir yer açmağı planlaşdırırıq”.
Tətbiqimizi yükləyə bilərsiniz