
İran hökumətinə məxsus təyyarə Moskvanın Vnukovo hava limanına eniş edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın “Mash“ teleqram kanalı məlumat yayıb.
Məlumata görə, təyyarənin bortunda İran Prezidenti Məsud Pezeşkian da ola bilər.
Teleqaram kanalının məlumatına görə, bu, ABŞ-nin İran rəhbərliyinə qarşı zərbələr endirəcəyi ilə bağlı şayiələr fonunda baş verir.
Digər tərəfdən, teleqaram kanalı Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirməsi ilə bağlı əməliyyatda iştirak edən Amerika təyyarələrinin Yaxın Şərqə uçduğunu bildirir.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Trampın İranın təhlükəsizlik xidmətlərinə və rəhbərliyinə qarşı hücum planlaşdırdığı ilə bağlı xəbərlər yayılmışdı.
Daha əvvəl isə ABŞ Prezidenti böyük Amerika qüvvələrinin İrana doğru hərəkət etdiyini bildirmişdi.
Xatırladaq ki, 2025-ci ilin iyun ayında ABŞ İrandakı üç nüvə obyektinə zərbə endirmiş, ABŞ müdafiə naziri Pit Heqset isə ABŞ-nin 75 dəqiq idarə olunan sursatla İranın nüvə proqramını tamamilə məhv etdiyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz