Benzema “Əl-İttihad”da oynamaqdan imtina etdi


Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun fransalı hücumçusu Kərim Benzema klubda oynamaqdan imtina edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “L'Equipe” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, klub Benzemaya hazırkı maaşından xeyli aşağı maaş təklif edib.
Təcrübəli hücumçunun klubla müqaviləsinin iyun ayında bitəcəyi bildirilir.
Qeyd edək ki, 38 yaşlı Benzema 2023-cü ildən bəri “Əl-İttihad” da oynayır. O, klubla 2025-ci ildə Səudiyyə Ərəbistanı çempionluğunu qazanıb.
2009-cu ildən 2023-cü ilə qədər Benzema “Real Madrid”də çıxış edib. O, kral klubu ilə 648 oyun keçirib və 354 qol vurub.
Madrid klubu ilə Benzema beş dəfə Çempionlar Liqasını, dörd dəfə liqa çempionluğunu və üç dəfə Kral Kubokunu qazanıb.
O, daha əvvəll Fransanın “Lion” klubunda oynayıb və klubla dörd dəfə Fransa çempionluğunu qazanıb.
Fransa milli komandası ilə isə Benzema 2021-ci il Millətlər Liqasını qazanıb. O, həmçinin, 2022-ci il Dünya Kubokunda gümüş medala sahib olub.
2022-ci ildə o, Fransanın “France Football” jurnalı tərəfindən dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl Top” mükafatını qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top