
Britaniya hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, elit hərbi bölmə) qadağan olunmuş təşkilatlar siyahısına əlavə edilməsinə imkan verən qanun layihəsi hazırlayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə, qanun layihəsi 2026-cı ildə Parlamentə təqdim olunacaq.
Buna baxmayaraq, Britaniya Xarici İşlər Nazirliyi və MI6 xarici kəşfiyyat xidməti SEPAH-ın qara siyahıya salınmasını dəstəkləmir.
Onlar belə bir addımın London və Tehran arasında diplomatik kanalları pozacağından və Britaniya diplomatlarının İrandan çıxarılmasına səbəb olacağından ehtiyat edirlər.
Tətbiqimizi yükləyə bilərsiniz