
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa İranla bağlı üçtərəfli sammit təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu iddianı Türkiyənin hökumətyönlü “Hürriyet” qəzeti irəli sürüb.
Qəzetin məlumatına görə, Ərdoğan bu təklifi yanvarın 27-də ABŞ prezidenti ilə telefon danışığı zamanı açıqlayıb. Türkiyə lideri ABŞ, İran və Türkiyə arasında, ehtimal ki, videokonfrans vasitəsilə zirvə görüşünün keçirilməsini istəyib.
“Trampın Ərdoğanın təklifinə müsbət yanaşdığı bildirilir”, - qəzetin köşə yazarı Hande Fırat yazıb.
Tətbiqimizi yükləyə bilərsiniz