
Vaşinqtonda Maliyyə Nazirliyinin təşkil etdiyi müştəri hesabları üzrə sammit zamanı ABŞ Prezidenti Donald Tramp amerikalı reper Niki Minajı səhnəyə dəvət edib.
Yeniavaz.com xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi tədbiri sosial media platformasında yayımladı.
Müğənni özünü siyasətçinin ən böyük fanatı adlandırdı və bunun dəyişməyəcəyinə əminlik verib. Tramp reperin fədakarlığını təriflədi və qeyd etdi ki, o, sona qədər MAGA hərəkatının yanındadır.
“Dırnaqlarımı uzadacağam, çünki sənin manikürünü bəyənirəm”, - prezident deyib.
Müğənni və siyasətçi tədbirdə birlikdə şəkil çəkdirib.
Tətbiqimizi yükləyə bilərsiniz