
Ukraynadakı “xüsusi hərbi əməliyyat” sona qədər davam etdirilməlidir.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.
“Mən hesab edirəm ki, müharibəni sona qədər davam etdirmək lazımdır. Bütün bu baş verənlərdən sonra danışıqların əleyhinəyəm”, - Kadırov qeyd edib.
Çeçenistan rəhbəri həmçinin, Kiyevlə danışıqların heç bir nəticə verməyəcəyini əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz