Mbappe Ronaldonun rekordunu yenilədi


İspaniyanın ”Real Madrid” klubunun fransız hücumçusu Kilian Mbappe Çempionlar Liqasının rekordunu yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, fransız futbolçu Çempionlar Liqasının “Benfika”ya qarşı oyununda (2-4) iki qol vurub.
Bununla da, Mbappe cari mövsümdə 12-ci və 13-cü qollarını vuraraq, Çempionlar Liqası tarixində əsas mərhələdə (2024-cü ildən əvvəl qrup mərhələsi - red.) 11-dən çox qol vuran ilk oyunçu olub.
Bu göstərici ilə o, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldonun rekordunu yeniləyib. 
Belə ki, portuqaliyalı turnirin ümumi və ya qrup mərhələsi üzrə altı oyunda 11 qol vurub.
Mbappe həmçinin, bu nəticə ilə Çempionlar Liqasının qrup mərhələsinin sonunda ən çox qol vuran oyunçu olub. O, bu qolları 7 oyunda vurub.
Ən çox qol vuran futbolçular arasında ikinci yeri “Bavariya”nın ingilis hücumçusu Harri Keyn (8 oyunda 8 qol) tutub. İlk üçlüyü isə “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holan (7 oyunda 7 qol) tamamlayıb.

DİGƏR XƏBƏRLƏR

Top