
Qızıl fyuçerslərinin qiyməti 1 troya unsiyası üçün 5600 dolları keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası məlumat yayıb.
Ticarət platformasının yaydığı məlumatda bildirilir ki, Bakı vaxtı ilə saat 03:39-a olan məlumata görə, qızılın qiyməti 1 troya unsiyası üçün 5626,80 dollara (+7,3%) çataraq, yeni rekorda imza atıb.
Bakı vaxtı ilə saat 03:48-ə olan məlumata görə, qızılın qiyməti artımını ləngidərək, bir troy unsiyası üçün 5544,06 dollar (+5,77%) təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz