
“ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinə tarif tətbiq etmək planları və Qrenlandiyaya olan marağı NATO Nizamnaməsinin əsas maddələrinə ziddir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə alyansın üzv ölkələrindən birinin adı açıqlanmayan diplomatı “Politico”ya verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, bu cür addımlar blok üzvlərini iqtisadi siyasətdəki fərqləri həll etməyə və kollektiv müdafiə qabiliyyətlərini artırmağa məcbur edən Nizamnamənin 2-ci və 3-cü maddələrini pozur. Nəşr qeyd edir ki, mövcud vəziyyət NATO-nun Baş katibi Mark Rütte üçün çətinliklər yaradır və onun əsas məqsədi ABŞ-ni Avropanın tərəfində saxlamaqdır.
Tətbiqimizi yükləyə bilərsiniz