
General-mayor Nəsib Mirzəyevin Dövlət Sərhəd Xidmətinin (DSX) Baş idarə rəisi təyin olunduğu bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yeni Sabah” məlumat yayıb.
Bildirilir ki, bu barədə DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.
“O, bundan əvvəl qurumun Çevik Hərəkət Qüvvələrinin Komandanının birinci müavini-Qərargah rəisi vəzifəsində işləyib”, - sayt yazır.
Qeyd edək ki, Cəlilabad rayonunun Ləkin kəndində anadan olan Nəsib Tahir oğlu Mirzəyev həm də Vətən müharibəsi iştirakçısıdır.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, “Zəfər”, İkinci dərəcəli “Vətənə xidmətə görə”, Üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Tətbiqimizi yükləyə bilərsiniz