
Cənubi Koreya məhkəməsi çərşənbə günü keçmiş birinci xanım Kim Keon Hini Vəhdət Kilsəsindən rüşvət almaqda təqsirli bilərək, bir il səkkiz ay müddətinə azadlıqdan məhrum edib.
Yeniavaz.com “Yonhap” agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya məhkəməsi məlumat yayıb.
Xüsusi prokuror Min Çjun Kinin komandası keçmiş prezident Yun Sok Yolun həyat yoldaşı üçün 15 illik həbs cəzası tələb edib. Lakin Seul Mərkəzi Şəhər Məhkəməsi keçmiş birinci xanımı daha yüngül həbs cəzasına məhkum edib və ona səhm manipulyasiyası sxemində iştirak etmək və Siyasi Fondlar Qanununu pozmaq ittihamlarından bəraət qazandırıb.
Məhkəmə həmçinin Kim Keon Hiyə 12 milyon 800 min von (təxminən 9 min ABŞ dolları) ödəməyi əmr edib.
Bununla da Yun Sok Yol və Kim Keon Hi ölkədə cinayət ittihamları ilə həbs edilən ilk prezident cütlüyü olub.
Məhkəmə Kim Keon Hini ondan işgüzar imtiyazlar tələb edən Vəhdət Kilsəsindən “Chanel” çantası və “Graff” boyunbağı kimi lüks əşyaları qəbul etməkdə təqsilrli bilib.
Tətbiqimizi yükləyə bilərsiniz