Netanyahu niyə telefonunun kamerasını lentlə örtüb?


Netanyahunun telefon danışığı zamanı çəkilmiş fotosu sosial mediada müzarkirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, fotoda Netanyahunun telefonunun kamerasını lentlə örtdüyü görünür.
Bu kadr qısa bir vaxtda minlərlə şərh toplayıb və “Netanyahu nəyi gizlədir?” və “Niyə belə bir tədbir görülüb?” kimi suallar yaradıb.
Kibertəhlükəsizlik mütəxəssisləri isə bunu telefon kameralarına xarici müdaxilənin və icazəsiz görüntü çəkilişinin qarşısını almağın sadə, lakin təsirli bir yolu hesab edirlər.
Mütəxəssislər kameranın lentlə örtülməsinin potensial kiberhücumlar və ya casusluq cəhdləri zamanı vizual izləmə riskini tamamilə aradan qaldırdığını bildirirlər.
Kibertəhlükəsizlik mütəxəssisləri həmçinin qeyd edirlər ki, bir çox yüksək vəzifəli siyasətçilər və dövlət məmurları da əvvəllər oxşar üsula əl atıblar. Xüsusilə vacib görüşlər zamanı kameraları və mikrofonları fiziki olaraq söndürmək üstünlük verilən üsullardan biridir.
Fotonun yayılması ilə rəqəmsal təhlükəsizlik, smartfonlar üzərindən potensial məlumat sızması və fərdi məxfilik məsələləri yenidən müzakirə mövzusuna çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top