Blatter azarkeşləri ABŞ-də keçiriləcək Dünya Çempionatını boykot etməyə çağırdı


“Futbol azarkeşləri Dünya Çempionatı üçün ABŞ-yə səyahət etməkdən çəkinməlidirlər”.
Yeniavaz.com
“RMC Sport” telekanalına istinadla xəbər verir ki, bunu FİFA-nın keçmiş prezidenti Yozef Blatter deyib.
“Azarkeşlərə yalnız bir məsləhətim var: ABŞ-yə getməkdən çəkinin! Turnirə televiziyada tamaşa etmək daha yaxşıdır”, - o qeyd edib.
Qeyd edək ki, bundan əvəl “The Economist” qəzeti Avropa ölkələrinin Qrenlandiya ilə bağlı mübahisəyə görə Dünya Kubokunu boykot etməyi düşündüklərini bildirmişdi.
Xatırladaq ki, 2026-cı il Dünya Çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top