"WhatsApp" istifadəçilərini aldatmaqda ittiham olunur


Beynəlxalq iddiaçılar qrupu Amerikanın “Meta Platforms” şirkətinə qarşı kollektiv məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
"Bloomberg" agentliyinə istinadla xəbər verir ki, iddiaçılar qrupu “Meta“nı “WhatsApp” messencerinin məxfiliyi və təhlükəsizliyi ilə bağlı istifadəçiləri aldatmaqda ittiham edir.
2016-cı ildən “WhatsApp” başdan-başa şifrələmə sistemini tətbiq edir. Bu sistemə görə, mesajlar yalnız eyni söhbətdə olan tərəflər üçün əlçatan olur və şirkətin özü bu mesajları oxuya bilmir. Şirkətin məlumatına görə, bu tip şifrələmə standart olaraq aktivdir.
Lakin San-Fransiskodakı ABŞ Dairə Məhkəməsində qaldırılan iddiada bir qrup iddiaçı “Meta” şirkətini dünya miqyasında istifadəçiləri aldadaraq, demək olar ki, bütün “WhatsApp” istifadəçilərinin şəxsi mesajlarını saxladığını və “Meta” əməkdaşlarının onlara çıxış əldə bildiyini irəli sürür.
Bu qrupa Avstraliya, Braziliya, Hindistan, Meksika və Cənubi Afrikadan olan iddiaçılar daxildir. İddia ərizəsində “ifşaçıların” bu məlumatların sızmasına kömək etdiyi iddia olunur, lakin bu “ifşaçıların” kimlər olduğu qeyd edilmir.
İddiaçıları “Quinn Emanuel Urquhart & Sullivan” və “Keller Postman” da daxil olmaqla firmaların vəkilləri təmsil edir.
“Meta”nın mətbuat katibi Endi Stoun iddianı qeyri-ciddi adlandırıb və şirkətin iddiaçıların vəkillərinə qarşı sanksiyalar tətbiq edəcəyini bildirib. O, “WhatsApp”ın on ildir ki, “Signal” protokolu ilə şifrələndiyini əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top