
Gümüşün qiyməti bütün dövrlər üçün ən yüksək həddinə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, gümüşün qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 105 dolları keçib.
Bakı vaxtı ilə saat 03:03-ə olan məlumata görə, gümüşün qiyməti 1,93% artaraq 1 troy unsiyası üçün 105,25 dollara çatıb.
Bakı vaxtı ilə saat 03:23-ə olan məlumata görə isə, gümüşün qiyməti artımını ləngidərək, 104,74 (1,43%) dollar təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz