
İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, İslam dininə aid ibadət yerlərində aşağıdakı vakant vəzifələrin tutulması üçün müsahibə elan edir:
1. Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi “Şeyx Sədrəddin Badikubi” məscidi – 1 yer
2. Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbə məscidi – 1 yer
3. Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, “Şamlı” məscidi – 1 yer
4. Bakı şəhəri, Yasamal rayonu “Yasamal Hüseyniyyəsi” ibadət evi – 1 yer
5. Qusar şəhəri “Mustafa Kazdal” məscidi – 1 yer
6. Siyəzən rayonu Sədan kəndi “Cümə” məscidi – 1 yer
7. Şirvan şəhəri "Zeynəlabidin" məscidi – 1 yer
8. Şirvan şəhəri “Cümə” məscidi – 1 yer
9. Salyan şəhəri “Beytül Əli” məscidi – 1 yer
10. Salyan rayonu Xıdırlı kənd məscidi – 1 yer
11. Biləsuvar şəhəri “İmam Zaman” məscidi – 1 yer
12. Şəki rayonu Şin kənd məscidi – 1 yer
13. Gəncə şəhər “Qırıxlı” məscidi – 1 yer
14. Kürdəmir rayonu Sığırlı kənd “Fatimeyi Zəhra” məscidi – 2 yer
15. İsmayıllı rayonu Lahıc qəsəbəsi “Bədöyün” məscidi – 1 yer
16. Astara rayonu Sım kənd məscidi – 1 yer
17. İmişli şəhəri “İmam Əli” məscidi – 1 yer
Qeyd edək ki, həmçinin imam müavini vəzifəsi üzrə 31 məsciddə vakant yer elan olunub. Bununla bərabər, kişi dini ayinlərin icraçısı vəzifəsi üzrə 9, qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə isə 4 məsciddə müsahibə elan edilib.
Müsahibədə iştirak etmək istəyən namizədlər 26 yanvar 2026-cı il saat 9:00-dan 25 fevral 2026-cı il saat 18:00-dək sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16, AZ 1001) təqdim etməlidirlər.
Tətbiqimizi yükləyə bilərsiniz